Artur Rembo | Qısa ömrün keşməkeşli həyat hekayəsi

Jan Nikola Artur Rembo 20 oktybır 1854-cü ildə Fransanın ən adi və ucqar əyalet şəhəri olan Şarlevildə burjua ailəsində anada olmuşdur.Ailə kilsəyə gedir. Uşaqlar sırayla addımlayırlar, öndə bacılar, arxada isə qardaşlar – Frederik və Artur gedirdi. Onlardan öndəki qəzəbli kölgə isə analarına aid idi. Xanım Rembo həmişə uşaqlardan qüsursuz itaətkarlıq tələb edirdi. Uşaqlar hər hansı səhf etsə, yalnız çörək və su verilməklə ev dustaqlığına məhkum edilirdi.Anası Artura həmişə böyük ümid bəsləyirdi. Onun qeyri-adi istedadı hələ ilk uşaqlıq illərindən ortaya çıxmağa başlamışdı. Artur bütün fənnlər üzrə birincilik qazanmış, həmçinin dindar və sözəbaxan bir uşaq idi. Anasının despotizmindən əziyyət çəkən Rembo macəra kitabları oxuyur və azadlığın hökm sürdüyü uzaq, isti ölkələrdə yaşamağı arzulayırdı.

 O, 6-7 yaşında hekayələr daha sonralar şeirlər yazmaq başlamışdır. 15 yaşında isə bu şeirlər ciddi romantik qəliblərə salınmış möhtəşəm əsərlərə çevrilmişdi. Rembo ənənə və obrazlılığı böyük bir diqqətlə qoruyub saxlayır, şeirlərində incə və zərif poetika qatı yaradırdı. Onun qəhrəmanları yunan allahları, zambaq çiçəyi, göyərçinlər və s. idi. Müəllimi Corc İzombar gənc şairin ilk cəhtlərini dəstəkləyirdi.

1869-cu ildə 15 yaşında " Sensasiya" adlı şerini yazır və bu şeriparisjurnallarınn birində müəllif adı gösterilmədən nəşir etdirir. Elə həmin ilin əvvəllərində latin dilində bir nəçə şeir nəşr etdirmişdir.Onun 15-19 yaşları arası yazdığı şeirlər simvolizmin və qismən də futurizmin ortaya çıxmasına təkan vermişdir. Gənclik coşğunluğu onu ağlasığmaz bir çırpıntı ilə qaçmağa, axtarmağa, yaratmağa və dağıtmağa sürükləyirdi.  

16 yaşı olanda Rembo şeirlərini romantik şair Teodor de Banvilə göndərir. O ilahi gözəlliyin axtarışı üçün şairlər səltənəti olan Parnasa (Parnas –qədim yunanların inancına görə şeir və şairlər aləminin mövcud olduğu dağdır – N.H) qoşulmaq istəyini bildirir. O yazırdı: «Mən bütün şairləri sevirəm, bütün parnaslıları sevirəm, çünki bütün parnaslılar ideal gözəlliyə vurğundular… İki il, ola bilsin hətta bir il sonra Parisə gələcəyəm… Parnaslı olacağam. Əziz Müəllim, sizə söz verirəm, həmişə iki ilahəyə: İlham pərisinə və Azadlıq ilahəsinə pərəstiş edəcəyəm”.

Olduqca gözəl şeirlərindən biri „Günəş və şəhvət”də Rembo özünü Afroditaya sitayiş edən bütpərəst elan edir: “O, qadın kimi gözəl bədənə sahib, Tanrı kimi sevgi və həyat cövhəri ilə dolu”. Lakin hər dəfə bir neçə ay keçməmiş Rembo ideal gözəlliyə sitayişdən imtina edir. Bunun ardınca onun şeirlərindəki sevgi ilahəsi simasını tamam dəyişir! Bu dəfə Rembo şeirlərinə „iyrənc” bənzətmələr əlavə etməklə, romantizmin zərif simasını darmadağın edir. O bu dəfə “Venera Anadiomeda” şeirini yazır.Bu iki şeiri o 1870-ci il ərzində yazıb.

Adi halda daxili hissiyyatın dəyişməsi üçün başqa şairlərdən bir neçə il tələb olunsa da, Remboda bu cəmi bir neçə ay alırdı. Bu olduqca sürətli daxili dəyişimlə ərəfəsində, Rembonun ilk sərsəriliyi, həmçinin Fransada inqilab və müharibələr başlayır. O həyatın soyuq insanların etinasız münasibətinə və get-gedə artırılan torpaq vergisinin yükünə tabe edildiyi darıxdırıcı evindən, qaraqabaq anasının zülmündən tez-tez qaçıb, uzaq yerlərə pulsuz və təkbaşına səyahətlər etməyə başlayır. O məktəbdə göstərdiyi əla nəticələrin qarşılığından hədiyyə edilmiş kitablarını, bunun ardınca isə saatını satır. Parisə daha sonra Belçikaya qaçır. Jurnalistika ilə məşğul olmağa cəhd edir. Onu bir neçə dəfə „evsiz və yaşamağa imkanı olmayan şəxs” kimi tutub evinə qaytarırlar.

O inqilabdan ruhlanaraq dünyadan xəbərsiz Şarlevil şəhərindən, kommunanı dəstəkləyən alovlu şeirlər yazır. Məmurlar və hakimiyyətə nifrət püskürür, hətta kommunist konstitusiyasının layihəsini də hazırlayır. Rembo tanrı ilə bağlı şeirləri “Şər” adlandırırdı. Hər bazar günü anasının kölgəsi altında getməyə məcbur olduğu xristian kilsəsinə və xristianlığa dərindən nifrət edirdi. O dəfələrlə barrikadaların arxasında yaxalanır, bu sənədsiz, pulsuz, şübhəli yeniyetməni qatara mindirib Parisə həbsxanaya göndərirlər, o isə hər dəfə bir yolla canını qurtarır. Lakin Artur Rembo hər şeyə baxmayaraq inqilab çəmbərinə çevrilmiş Parisə gedə bilir. 1871-ci ilin 25 yanvarından, 10 fevralına qədər o Parisdə qalır. Onun bu iki həftə ərzində pulsuz necə yaşadığını hələ də məlum deyil. Daha sonra evə piyada qayıdır. Evdən çoxsaylı qaçışlarının heç bir nəticə verməməsi və nifrət etdiyi rejimin çökməsinə olan inamı Rembonun şeirlərini canlandıran istehza, nifrət, qəzəblə doldurur.

Bu dövrdə yazdığı şeirləri ilə, on yeddi yaşlı Rembo yeni poeziyanın əsasını qoymuşdu. Onun özü üçün ideallaşdırdığı poeziya ürəkdən süzülüb gələn və insanı başını qaldırıb göylərə nəzər yetirməyə məcbur edən bir poeziya deyildi. Rembo öz deyimi ilə, „insanı bağırsağından tutub dartan” bir şeiriyyatın yaradıcısı idi.  O istedadını həyatla birləşdirməyə çalışır. Həyatın onun istedadınının ortaya çıxmasına necə kömək edəcəyini anlamağa çalışır. Nəhayət özünə məqsəd tapır. Budur 1871-ci ilin mayında Rembo dostuna yazdığı məktubunda hər şeyi ətraflı izah edir:

“Şair olmaq istəyən adamın ilk çatmalı olduğu şey, tam özünüdərkdir, o ruhunu axtarmalı, təqib etməli, öyrənməli, onu başa düşməyə çalışmalıdır. Onu tam başa düşəndən sonra isə kamilləşdirməyə başlamalıdır! Bu kənardan sadə məsələ kimi görünür… Amma yox, ruhunu çirkinləşdirmək lazımdır. Özünü üzündə ziyillər əkən və becərən insan kimi təsəvvür et. Mənim dediyimin məğzi budur ki, „görücü” olmaq lazımdır, özünü “görücü” kimi yetişdirmək lazımdır”.»…

Beləliklə şair, əsl od oğrusudur. O insanlığa görə, hətta «heyvaniliyə” görə cavabdehdir”. Münasib bir dil tapmaq lazımdır. Çünki, hər bir sözün, ideyanın, ortaq dilin zamanı gələcək! Bu dil ruhun ruhla söhbətinə çevriləcək, o hər şeyi içinə alacaq, qoxuları, səsləri, rəngləri, o fikirləri fikirlərlə birləşdirəcək və hərəkətə gətirəcək. Şair öz zəmanəsinin ümumi ruhunda olan gizlinləri müəyyən etməlidir, o fikirlərini ifadə etməkdən daha böyük iş görməldir, Tərəqqiyə doğru gedən yoldan daha böyük yol müəyyən etməlidir!”

Sentyabr ayında Rembo romatik-görücü hesab etdiyi şair Pol Verlenə bir neçə şeirini də əlavə etməklə iki məktub yazır. O məktubunda açıqca Parisə gəlmək üçün pulu olmadığını etiraf edir. Verlen cavab verir: „Gəlin, əziz dost, böyük qəlb, – Sizi dəvət edirlər, Yolunuzu gözləyirlər”.Rembo Parisə yeni şeiri olan “Sərxoş gəmi” ilə birlikdə yola düşür. Verlen onu tanıdıqdan sonra heyrətə düşür və bir dahini kəşf etdiyi üçün fəxr edirdi. „Sərxoş gəmi” simvolizmin əsas köklərindən birinə çevrilir. Simvolizm istənilən duyğunun istənilən obrazın simasına büründüyü bir axın olur.Rembo görücülük təcrübəsinə burda başlayır.

O fanatik bir inadkarlıqla özünü aclıqla, alkoqolla və narkotikayla əzaba düçar edir. Bilərəkdən özünü yuxusuzluğa məhkum edir. O davakar, hirsli birisinə çevrilir və axırda məlum olur ki, fransız şeir allahları arasında ona təkcə Verlen tab gətirə bilir. Onların sevgi münasibətləri Verlenin öz ailəsindən uzaqlaşması ilə nəticələnir.Şairlər birlikdə səyahətə çıxırlar. Onlar Belçikaya, daha sonra Londona gedirlər. İngiltərədə fransız dili tədris etməklə pul qazanırlar. Verlenin elə də varlı olmayan anası ona hər ay xeyli pul göndərir. Bütün bunlar isə günlərin bir günü sərxoş Verlenin Remboya söyməsi və onun əlinə atəş açması ilə başa çatır.

Verleni həbsə atırlar. İki illiyinə azadlıqdan məhrum olur.Rembo “Cəhənnəmdə bir yay” adlı kiçik bir kitab yazıb, orda yenilikçi və ürək parçalayan poetik nəsri ilə niyə artıq şair olmaq istəmədiyini izah edir. Bu kitabı 1873-cü ildə çap etdirir. Bir neçə nüsxəsini dostlarına hədiyyə edir. Həmçinin o həbsxanadan azad olan, dindar bir adama çevirilmiş Verlenlə də görüşür. Verlen Rembonu Tanrının yoluna qaytarmağa çalışır. Rembo ordaca onunla savaşır. Yenicə çap olunmuş, birinci və sonuncu kitabının yerdə qalan nüsxələrini taleyin ümidinə buraxıb, nəinki evini, hətta yaşadığı qitəni tərk edib gedir.

Dilənçi kökündə yaşayan Rembo bütün Avropanı gəzib, burdan getmək üçün vəsait axtarırdı. Nəhayət o gedib holland ordusuna yazılır və axır ki, hərbi əməliyyatlarda iştirak etmək üçün Yava adasına gedən gəmiyə minir. Cəmi üç həftə sonra isə əsgərlikdən qaçır. Adam öldürə bilməyəcəyini anlayır. Yenidən Şarlevilə qayıdır.

1877-ci ildə Rembo Avstrya üzərindən Rusiyaya getmək xəyalına düşür, amma yolda onu qarət edirlər və Avstriya polisi onu tutub Fransaya geriyə qaytarır. Rembo bir müddətlik tərcüməçi kimi Avropanı gəzən bir sirkə qoşulub Almaniyaya, Danimarkaya, İsveçə gedir. Növbəti ilin payızında o piyada Alp dağlarını keçir! Genuaya çatır, ordan gəmi ilə İsgəndəriyyəyə üzür. Özünə uyğun iş tapa bilmədiyindən, ordan Kiprə qayıdır və podratçı kimi inşaatda işləməyə başlayır. Lakin, Rembonun sağlamlığı burda daha çox dözüm gətirməyə imkan vermir və 1879-cu ilin yayında xəstəlikdən tamamilə əldən düşmüş halda yenidən Şarlevilə qayıdır.

Yalnız bir il sonra o Misirə yola düşüb, orda həyatında ilk dəfə daimi iş yeri tapa bilir. Rembonun işlədiyi firma, kofe və fil sümüyü ticarəti ilə məşğul olur. Onu iki əsas cəhətinə görə dəyərləndirirlər, birincisi o yerli dili olduqca tez mənimsəyir, ikincisi heç nədən qorxmur. Rembonun 1885-1887 –ci illər arasında ilk dəfə səhralıqdan keçib getdiyi yoldan, daha sonra Efiopiyaya dəmir yolu çəkirlər. O tüfəng əldə etmək üçün iyirmi bir ay boyu karvanla birlikdə səhrayla yol gedir. Rembo səfil kimi yaşayır və nə tapsa yeyir. „Mən ancaq su içirəm, onun üçün isə ayda on beş frank pulum çıxır! Heç vaxt çəkmirəm, pambıq paltarlar geyinirəm, paltara çıxan bütün xərcim, ilə heç 50 frank eləmir. Burda həyat dözülməz dərəcədə çətin və bahalıdır…”

Parisdən ona gözlənilməz bir xoş xəbər gəlir. Verlen çox böyük çətinliklə, Rembonun şeirlərindən yaddaşında qalanları qismən bərpa edir və çap etdirir. Lakin, keçmiş şairi bu heç də maraqlandırmır. O indi coğrafi tədqiqatlarıyla bağlı məqalələr yazmağa çalışırdı.

1891-ci ilin yazında, Afrikada keçən on ilin ardından Rembonun dizində şiş əmələ gəlir. O təcili olaraq Marselə yollanır, orda onun ayağını kəsirlər. Xəstəlik onu tərk etmir. Sarkoma onu yatağa zəncirləyir. Bacısı İzabella Rembonun qeydinə qalır. Ölümündən bir qədər əvvəl Rembo bacısına Afrikaya gedən gəmi üçün bilet almasını xaiş edir, o ölüm ayağında “Allahu Kərim” sözlərini işlədir. O, 10 noyabir 1891-ci ildə Fransada xestexanda vefat edir. 

Rembo istənilən şairdən daha böyük bir xəyalpərəst idi, çünki o heç vaxt böyüməmişdi, uşaq qalmışdı. „Mən səlib yürüşlərinin xəyalını qurdum, xəbərsiz-ətərsiz itgin düşüb yeni torpaqlar, tarixi olmayan respublikaları kəşf edənlərdən olmaq istədim, qanlı din müharibələri, əxlaq inqilabları, xalqların və qitələrin hərəkatı – hamısı gözümün önündə canlandı, bir sözlə bütün sehrlərə inandım”, – deyə Rembo “Cəhənnəmdə bir yay” kitabında yazır.

Məqsədlər ancaq böyük olmalıdır. Əgər o gerçək deyilsə, heç ona can atmağa da dəyməz. Dəcəl, küsgün uşaq əlindəki oyuncağın canlı olmadığını görüb yerə atır, dərhal yenisini götürür. Heç kimə məlum deyil, Rembo daim can atdığı Afrikada axtardığı sehir və maqiyanı tapıbmı? Lakin, daim ona əyan olan gələcək üçün əlindən gələni edir. Yaşsadığı 37 il qısa həyatının çox hissəsini, kasıb, ac, küçələrdə soyuqdan üşüyən avara kimi keçirib. Rembo Fransadan piyada və tamamilə pulsuz İtalyaya, Almaniyaya, Belçikaya səyahət edib, qarlı Alp dağlarını piyada aşmışdır.

     

 

0 şərh